Gənc sərbəst güləşçilər "Çempionlar" turnirində yarışacaq

4-7 iyul 2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" beynəlxalq turniri keçiriləcək. SportLine.az xəbər verir ki, 21-ci dəfə baş tutacaq turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığmamızın üzvləri iştirak edəcək. 

Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 10 güləşçimiz turnirdə mübarizə aparacaq. Heyətdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəliyev, Əsgər Məmmədəliyev (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq) və Alimaqomed Alixmayev (97 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Azərbaycan Güləş Federasiyasının məlumatı