Rüfət oynadı, komandası uduzdu

İsrail çempionatında yeni mövsümə start verilib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi "Kiryat Şimona" komandası səfərdə "Makkabi" (Petah-Tikva) klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

22 avqust

"Makkabi" (Petah-Tikva) - "Kiryat Şimona" - 2:1

Qollar: S.Ovusu, 12, M.Rakonyats, 23 - A.Uqarriza, 79

Qeyd edək ki, Rüfət Abdullazadə matça start heyətində başlayıb və 67-ci dəqiqədə əvəzlənib.