"Kəpəz"dən böyükhesablı qələbə

"Kəpəz" bu gün növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi 1-ci liqa klubu "Gəncəbasar" ilə qarşılaşıb. Matç "Kəpəz"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Misli Premyer Liqasının 2-ci turunda keçirilməli olan “Qarabağ” - “Kəpəz” oyunu təxirə salınıb."Qarabağ"ın Konfrans Liqasındakı oyununa görə PFL-ə bu barədə müraciət edilib və qurum bu qərarı verib. "Kəpəz" 3-cü turda "Turan Tovuz"la üz-üzə gələcək.

"Gəncəbasar" isə Azərbaycan 1-ci liqasının ilk turu çərçivəsində "Şimal" ilə qarşılaşacaq.