"Sabah" - "Hapoel" oyununun hakimi açıqlandı

UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer Şeva) görüşünün təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, oyunu Rumıniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi İstvan Kovaç olacaq. Ona yan xətlərdə Mixay Marika və Ferents Tunyodi köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR-da almaniyalı Bastyan Dankert, AVAR-da isə Katalin Popa olacaq.

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də start götürəcək.

Komandaların ilk oyunu İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.