Gia Tsetsadze: "Hakimliyi müzakirə etmək istəmirəm"
“Oyunda əvvəl bütün komandaların şansı olur. Biz bu şansı dəyərləndirmək istəyirik”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözlər “Samtredia”nın baş məşqçisi Gia Tsetsadzeyə məxsusdu.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qarabağ”a böyük hesabla məğlub olan (0:5) Gürcüstan çempionunun növbəti mərhələ şansı demək olar ki, qalmayıb.
Tsetsadze matçdan sonra keçirilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Bu, futboldu. Biz hələ də şansımızı davam etdiririk”.
- Hakimlikdən razı qaldınızmı?
- Hakimliyi müzakirə etmək istəmirəm. Matçdan sonra baxıb bir söz deyə bilərəm.
- Birinci penaltidə hakimin səhvi məğlubiyyətinizə təsiir etdimi?
- Biz hakimə görə uduzmadıq. Oyunumuza görə məğlub olduq. Bunu təhlil edib, bir nəticə çıxaracağıq.
- Növbəti mərhələ şansınızı necə dəyərləndirirsiniz?
- “Qarabağ” favoritdir. Ancaq biz yenə də, cavab görüşündə mübarizə aparacağıq.
- Oyuna əsasən demək olarmı ki, “Qarabağ”ın bu heyətlə meydana çıxacağını gözləmirdiz?
- Əvvəldən təxmin edirdik ki, “Qarabağ” bu heyətlə oynayacaq. Bizim üçün təəccüblü olmadı.
- Ötən mövsüm “Qəbələ”, indi isə “Qarabağ” sizə 5 qol vurdu. Bakını sizin üçün uğursuz şəhər adlandırmaq olar?
- Cavabım belə olardı ki, Azərbaycanda klub futbolu daha üstündü.