Gibbs Vayt Mançester klubunun hədəfindədir

"Nottingem"in yarımmüdafiəçisi Morqan Gibbs-Vayt "Mançester Siti"nin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

26 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 35 matçda 7 qol, 4 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən futbolçunun dəyəri 65 milyon avrodur.