Gimarayeş Mançester yolunda

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Reuters" nəşri məlumat yayıb.

28 yaşlı futbolçunun dəyəri 80 milyon avrodur.

Qeyd edək ki, B.Gimarayeş cari mövsüm meydana çıxdığı 35 matçda 9 qol, 7 asistlə yadda qalıb.