Gimarayeş "Mançester Yunayted"ə keçə bilər
"Nyukasl"ın futbolçusu Bruno Gimarayeş karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
28 yaşlı oyunçunun dəyəri 75 milyon avrodur.
Qeyd edək ki, B.Gimarayeş cari mövsüm meydana çıxdığı 35 matçda 9 qol, 7 asistlə yadda qalıb.