Giqs Mourinyo ilə işləmək istəmədi
Rayan Giqs “Mançester Yunayted”dən ayrılıb. SportLine.az İngiltərənin Daily Mail qəzetinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın canlı əfsanəsi Joze Mourinyo ilə işləməkdən imtina edib. Xatırladaq ki, 42 yaşlı uelsli futbolçu və məşqçi kimi 29 il “Mançester Yunayted”in şərəfini qoruyub. Sabiq baş məşqçi Lui Van Qalın köməkçisi olan Giqsin klubla müqaviləsinin müddəti bir ildən sonra bitəcəkdi.