Gökhan Gönül "Beşiktaş"da
“Fənərbaxça”dan ayrılan Gökhan Gönülün yeni klubu bəlli olub. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi digər İstanbul nəhəngi “Beşiktaş”la razılığa gəlib.
Artıq futbolçu ilə rəsmi müqavilə imzalanıb. Gökhan Gönül qarşıdakı 4 il ərzində "Qara qartal"ın şərəfini qoruyacaq. Razılaşmaya əsasən, Türkiyə millisinin üzvü “Beşiktaş”dakı ilk 2 mövsümünün hər birində 1 milyon 750 min, 2018/2019 mövsümündə 1 milyon 700 min, 2019/2020 mövsümündə isə 1 milyon 650 min avro məvacib alacaq.
Qeyd edək ki, Gökhan Gönül 2007-ci ildən “Fənərbaxça”nın formasını geyinirdi.