Gökhan Gönül "Fənərbaxça"dan ayrıldı
"Fənərbaxça" Gökhan Gönüllə yollarını rəsmən ayırıb. SportLine.az xəbər verir ki, müqavilə müddəti başa çatan futbolçu klubla danışıqlar aparsa da, prezident Aziz Yıldırımla aralarındakı soyuqluq ayrılıqla nəticələnib.
Mətbuata açıqlamasında müdafiəçi, "Bu gün atılmayan imzanın, əldə olunmayan anlaşmanın tək səbəbi şəxsimə qarşı olan yanaşmalardı. Avropa çempionatı sona çatana qədər heç bir klubla anlaşmayacağam, anlaşma olacağı halda isə əməkhaqqımın “Fənərbaxça”nın təklif etdiyindən bir qəpik də çox olmayacağını deyə bilərəm. Sabah nə olacaq deyəbilmərik, ancaq indi ilk hədəf olaraq Avropada çıxış etmək üçün variantları nəzərdən keçirəcəyəm”, - deyib.
Qeyd edək ki, Gökhan Gönül 2007-ci ildən İstanbul klubunun şərəfini qoruyurdu.