"Göteborq" - "Qarabağ" matçı canlı yayımlanacaq
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Göteborq" - "Qarabağ" oyunu canlı yayımlanacaq. SportLine.az xəbər verir ki, bu barədə Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl Facebook profilində məlumat verib.
Qarşılaşma Azərbaycan Televiziyası vasitəsilə təqdim olunacaq.
Xatırladaq ki, görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.