"Göztepe"-"Fənərbağça" oyununun VAR hakimi bəlli olub

Super Liqanın 2-ci turunda keçiriləcək "Göztepe"-"Fənərbağça" oyununun VAR hakimi müəyyənləşib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İzmirdə baş tutacaq qarşılaşmada VAR hakimi qismində Mustafa İlker Coşqun çalışacaq.

Görüşün baş hakimi Kadir Sağlam olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.