"Göztepe" klubu polşalı futbolçunu heyətinə qatıb

Super Liqa komandalarında "Göztepe" qapıçı mövqeyinə transfer edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İzmir təmsilçisi "Sauthempton" forması geyinən Mateus Lisi heyətinə qatıb.

27 yaşlı qolkiper bu gün Türkiyəyə gələrək yeni klubu ilə müqavilə imzalayacaq.

Ötən mövsümü də icarə əsasında "Göztepe"də keçirən təcrübəli qapıçı meydana çıxdığı 31 oyunda 18 qol buraxıb.O,20 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Göztepe"nin Türkiyə çempionatında 2 turdan sonra aktivində 2 xal var.