"Göztepe"də yeni transfer
Super Liqanın yeni komandası "Göztepe" heyətini gücləndirməyə davam edir.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İzmir klubu son olaraq "Bordo"da çıxış edən Malkom Bokele ilə razılığa gəlib.
Kamerunlu futbolçunun növbəti günlərdə Türkiyəyə gələcəyi və rəsmi imzaların atılacağı bildirilib.
24 yaşlı futbolçu 1 dəfə Kamerun millisinin formasını geyinib.
Qeyd edək ki, Göztepe ötən mövsümü Türkiyə 1-ci liqasında ikinci pillədə tamamlayaraq elitaya vəsiqə qazanmışdı.