Güclü külək "Selta" - "Real" oyununa mane oldu
La Liqanın 21-ci turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan "Selta" - "Real" (Madrid) oyunu təxirə salınıb. SportLine.az xəbər verir ki, buna güclü külək səbəb olub.
Təbii fəlakət "Selta"nın stadionda bir neçə tribunanın dam örtüyünə zərər yetirib. Buna görə, İspaniya Peşəkar Futbol Liqası matçın təxirə salınmasına qərar verib.