Güləşçilərimiz başqa ölkənin liqasına qatılacaqlar

Güləşçiləri Hindistan Liqasında iştirak edəcəklər.

Sportline.az xəbər verir ki, 6 klubun qatılacağı yarışda üç güləşçimiz xalça üzərinə çıxacaq.

İkiqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) və Elis Manolova (62 kq) "Yodxa”, Tatyana Omelçenko (62 kq) isə "Haryana Hammers” klubunun şərəfini qoruyacaq.

Hindistan Liqasına yanvarın 14-də start veriləcək.

Qeyd edək ki, ötən mövsüm "Dehli Sultans” komandasının heyətində çıxış edən H.Əliyev mükafatçılar sırasında yer ala bilməyib.