Gürcü qapıçı "Liverpul"u tərk edir
"Liverpul"un gürcüstanlı kiperi Giorgi Mamardaşvili yayda komandanı tərk edəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
25 yaşlı qapıçı daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.
Qeyd edək ki, Mamardaşvili "Liverpul"a 2025-ci ilin yayında "Valensiya"dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.