Gyökereş İngiltərə nəhənginə transfer ola bilər
"Sportinq"in isveçli futbolçusu Viktor Gyökereş karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Gyökereş transferində önəmli addım atıb. London klununun rəhbərliyi V.Gyökereş üçün 80 milyon avro ödəməyə hazırdır.
Oyunçunun meneceri "Arsenal"la təmas halındadır. 26 yaşlı futbolçunun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Viktor Gyökereş cari mövsüm çıxış etdiyi 24 matçda 27 qol və 4 asistlə yadda qalıb.