Gyökereş karyerası haqqında danışıb

“Sportinq”in isveçli futbolçusu Viktor Gyökereş “Mançester Yunayted”ə transfer olunması ehtimalı haqqında danışıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;

“Sportinq”də olmaqdan həzz alıram. Mükəmməl klubun futbolçusuyam. Bu klubda çıxış etmək qürur vericidir. Komandadan ayrılmağı düşünmürəm. Amorimlə “Mançester Yunayted”ə gedəcəyik? Bilmirəm, mən burdayam. Gördüyünüz kimi, “Sportinq”də çıxış edirəm. Burada xoşbəxtəm. Amorimin komandadan ayrıldığını görəndə çox üzüldüm. Ona yeni macərasında uğurlar arzulayıram”, - deyə V.Gyökereş bildirib.

Qeyd edək ki, Viktor Gyökereş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 20 qol və 4 asistlə yadda qalıb.