Haaland "Mançester Siti"dən ayrılmaq fikrinə müsbət yanaşır

"Mançester Siti"nin ulduzu Erlinq Haaland 2027-ci ilin yayında klubdan ayrılmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

25 yaşlı futbolçunun "şəhərlilər"lə sözləşməsi 2034-cü ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, E.Haaland bu mövsüm meydana çıxdığı 41 matçda 29 qol, 7 asistlə yadda qalıb.