Haaland "Real"a gəlmək istəyir - Norveçli ulduzun şərti var
"Mançester Siti"nin ulduzu Erlinq Haaland "Real Madrid"ə transfer olmağa razıdır.
Sportline.az xəbər verir ki, lakin norveçli forvardın bir şərti var.
"El Nacional" nəşrinin yaydığı məlumata görə, Haaland klubun sükanı arxasına Yürgen Kloppun keçməsini istəyir.
Qeyd edək ki, "Real Madrid"i hazırda müvəqqəti olaraq Alvaro Arbeloa çalışdırır.