Haaland üçün El Klassiko
"Mançester Siti"nin ulduzu Erlinq Haaland yayda klubdan ayrılmağa isti yanaşır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvardı "Real Madrid" və "Barselona" transfer hədəfinə çevrilib.
Norveç millisinin üzvünün "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "şəhərlilər" E.Haalandın klubdan ayrılmasına icazə verməyəcək.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 oyunda rəqib qapılarından 30 top keçirib.
Haalandın transfer qiyməti 200 milyon avrodur.
Təcrübəli oyunçu “Mançester Siti”yə 2022-ci ilin yayında “Borussiya Dortmund”dan 60 milyon avro qarşılığında transfer olunub.