Hacı Əliyevlə erməni idmançının duelində gərgin anlar
Güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyevin dünya çempionatının 1/4 finalında Ermənistan idmançısı Vazgen Tevanyanla bugünkü görüşündə gərginlik yaşanıb.
Sportline.az xəbər verir ki, qarşılaşmanın sonuna yaxın erməni idmançı Hacı Əliyevin üzərinə hücum edərək onu təxribata çəkib.
H.Əliyev isə buna qarşılıq verib. Yığmamızın baş məşqçisi Xetaq Qazyumov xalçaya çıxıb və Hacını sakitləşdirib.