Hakan Çalhanoğlunun durumu açıqlanıb
“İnter”in türkiyəli futbolçusu Hakan Çalhanoğlunun zədəsi ilə bağlı rəsmi açıqlama verilib.
Sportine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu noyabrın 3-də keçiriləcək “Venetsiya” ilə matçda meydanda ola biləcək.
Baş məşqçi Simone İnzaginin Hakanı 2-ci hissədə meydana buraxacağı gözlənilir.
Hakan “Roma” ilə matçda sağ ayağından zədə almışdı.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 2 qolla yadda qalıb.