Hakan "Milan"da qalır?

"Milan" futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyib.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəlib. Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi ilə  müqavilə 2024-cü ilin iyununa qədər uzadılacaq. Türk oyunçu yeni müqavilə ilə ilinə 3.5 milyon avro qazanacaq.

Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm A seriyasında 14 oyunda 1 qol vurub, 6 qolun ötürməsini verib.