Hakim Ziyeş Niderland klubuna keçə bilər

Hakim Ziyeş Niderlanda dönməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, Mərakeşli yarımmüdafiəçi PSV ilə danışıqların son mərhələsindədir. Bu barədə məşhur jurnalist Fabritsio Romano məlumat yayıb.

Azad agent statusunda olan 32 yaşlı futbolçunun Eyndhoven klubunda oynamağa müsbət baxdığı bildirilir. Onun yaxın günlərdə PSV ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.