Hakimlərimiz Avroliqada
UEFA hakimlərimizə 2016/2017 mövsümünün ilk təyinatını verib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, hər 3 FİFA referimiz Avropa Liqasının I təsnifat mərhələsinin matçına təyinat alıb. İyunun 30-da Əliyar Ağayevlə Orxan Məmmədov iş başında olacaqlarsa, iyulun 5-də Rəhim Həsənov Avrokubok görüşündə fit çalacaq. Maraqlıdı ki, Orxan Məmmədov həmyerlimiz Samir Məsimovun şərəfini qoruduğu "Domjale"nin matçına təyinat alıb.
30 iyun
“Slaviya” (Bolqarıstan) – “Zaqlebiya” (Polşa)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
“Domjale” (Sloveniya) – “Lusitans” (Andorra)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübarizə Haşımov, Ömər Paşayev
5 iyul
“Birkirkara” (Malta) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov