Haland "Mançester Siti"dən ayrılacaq

"Mançester Siti"nin norveçli ulduzu Erlinq Haland mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb. "Barselona" Halandı transfer etməkdə israrlıdır. 

İspaniya klubunun rəhbərliyi Halandın sərbəst qalma məbləğini ödəməyə hazırdır.

"Mançester Siti"nin isə Haland satmaq niyyətində deyil.

Qvardiola oyunçunun klubda qalmasını istəyir

Qeyd edək ki, Halandın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Forvardın hazır dəyəri "Transfermarkt" portalına görə 200 milyon avrodur.

Haland bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 18 qol və 1 asistlə yadda qalıb.