Harri Keyn İngiltərəyə qayıda bilər
"Bavariya"nın hücumçusu Harri Keyn yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Keynlə yaxından maraqlanır.
31 yaşlı forvardın sərbəst qalma məbləği 67 milyon avrodur.
Qeyd edək ki, Keyn 2013-2023-cü illər ərzində "Tottenhem"də çıxış edib.
O bu mövsüm çıxış etdiyi 35 matçda 31 qol və 10 asistlə yadda qalıb.