Harri Keyn İngiltərəyə qayıda bilər
İngiltərə futbolunun ən tanınmış simalarından biri olan “Bayvariya"nın hücumçusu Harri Keyn gələcəkdə Premyer Liqaya qayıda bilər.
Sportline.az xəbər verir ki, bir neçə Premyer Liqa klubu ulduz futbolçunun 2026-cı ildə qüvvəyə minəcək sərbəst qalma maddəsini ödəməyə hazırdır.
Harri Keyn 3 mövsüm əvvəl uzun illər formasını geyindiyi “Tottenhem”dən ayrılaraq Almaniyanın “Bayern Münhen” klubuna transfer olunmuşdu.