Harri Keyn İspaniya çempionatında

İngiltərə millisinin forvardı Harri Keyn karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportline.az Marka nəşrinə istinadən xəbər verir ki, Madrid "Real"ı "Tottenhem"in hücumçusunun xidmətində maraqlıdır.

Klub rəhbərliyi Kərim Benzemanın gedişindən sonra hücumun mərkəzində yaranan boşluğu məhz onunla doldurmaq niyyətindədir.

Qeyd edək ki, "Tottenhem" Harri Keynlə 100 milyon avro qarşılığında ayrılmağa hazır olduğunu bildirib.