Harri Keyn İspaniya nəhənginə keçə bilər
"Bavariya"nın ingiltərəli hücumçusu Harri Keyn karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in rəhbərliyi Keyni transfer etməkdə israrlıdır.
32 yaşlı forvardın dəyəri 75 milyon avrodur.
Qeyd edək ki, Harri Keynin Münhen klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 18 qol, 4 asistlə yadda qalıb.