Harri Keyn "Mançester Yunayted"də?
"Tottenhem"in hücumçusu Harri Keyn "Mançester Yunayted"lə razılığa gəlib. SportLine.az xəbər verir ki, "Daily Mail" bu barədə xəbər yayıb.
Məlumata görə, rəsmi şəkildə açıqlanmasa da, futbolçu "qırmızı şeytanlar"la razılıq əldə edib. Transferin reallaşması üçün "Tottenhem" 200 milyon funt-sterlinq tələb edir. "Mançester Yunayted" paytaxt klubunu qiymətdə razı sala bilsə, H.Keyn növbəti mövsümdən Joze Mourinyonun ixtiyarında ola bilər.
Qeyd edək ki, bukmeyker kontorlarında da 23 yaşlı futbolçunun "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı variantın əmsalları birdən-birə xeyli düşüb.