Harri Keyn: Mən İngiltərə milisi ilə inanılmaz dərəcədə fəxr edirəm
İngiltərə millisinin hücumçusu Harri Keyn komandanın Avro 2024-dəki çıxışını şərh edib. Xatırladaq ki, britaniyalılar iyulun 14-də İspaniya millisi ilə qitə birinciliyinin finalında qarşılaşacaqlar.
Sportline.az xəbər verir ki, 30 yaşlı oyunçu The Sun-a veridiyi müsahibədə bu fikirləri səsləndirib.
"Son bir matç qaldı. Nə inanılmaz oyun, nə inanılmaz nailiyyət - biz yenidən finaldayıq! Bu, hazırkı İngiltərə yığması üçün ölkəmizdən kənarda ilk finaldır. Yarımfinal xüsusi idi, xüsusi gecə idi. Mən bu oyunda iştirak edən hər kəslə inanılmaz dərəcədə qürur duyuram. Bütün İngiltərə komandası - oyunçular və məşqçilər heyəti. Finala gedən yol çox çətin idi, amma qarşıda hələ daha bir matç var. Dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm, bu, komandamız üçün çox şey deməkdir. Daha bir oyun qalıb, gəlin bunu birlikdə edək" deyə Keyn bildirib.
Qeyd edək ki, İngiltərə millisinin yarımfinalda Niderlandı məğlub etdiyi oyunda Keyn komandasının ilk qolunu vurub.