İspaniya klubları və milli komandası son 23 böyük turnirin finalında qalib gəlib

Bazar günü, iyulun 14-də Berlində İspaniya və İngiltərə milliləri Avropa Çempionatının finalında qarşılaşılar . Görüş ispanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, bu nəticə ilə İspaniya millisi və klubları 2002-ci ildən bu yana çıxdıqları 23 final görüşünün hamısından qalib ayrılıblar.(ÇL, Avroliqa, Dünya Kuboku, Avro).

Sonuncu məğlubiyyət "Valensiya"nın 2001-ci ildə Çempionlar Liqasının finalında "Bavariya"ya uduzduğu görüşdə qeydə alınıb.

Qeyd edək ki, Avro 2024-ün finalında İngiltərəni məğlub edən İspaniya millisi tarixində 4-cü dəfə qitənin ən güclüsü olub.