"Qızıl topu gətirin." De la Fuente - İspaniya millisinin oyunçusu haqqında
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AVRO 2024-ün finalında İngiltərəyə qalib gəldikləri matçdan sonra (2:1) komandasının yarımmüdafiəçisi Rodrini tərifləyib.
Sportline.az Sport.es-ə istinadla xəbər verir ki, De la Fuente 28 yaşlı oyunçu haqda "Zəhmət olmasa Rodrinin Qızıl topunu gətirin. O, dünyanın ən yaxşısıdır" fikirlərini səsləndirib.
Qeyd edək ki, Rodri AVRO 2024-ün ən yaxşı oyunçusu mükafatına layiq görülüb.