Joze Mourinyo İspaniya millisini təbrik edib

"Fənərbağça"nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo Avropa Çempionatında çempion olan İspaniya millisini təbrik edib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis sosial media hesabından etdiyi paylaşımda bu fikirləri bildirib.

"Çempionlar Liqasının qalibi Naço Fernandez və Avropa Çempionatının qalibi Alvaro Morata.Onları və akademiyada onlara gənc yaşda şans vərən məşqçiləri təbrik edirəm.

Həmçinin cənab De la Fuenteni də gördüyü möhtəşəm isə görə təbrik edirəm.Sonda ən yaxşı komanda qalib gəldi" Mourinyo deyib.

Qeyd edək ki, AVRO 2024-ün finalında İspaniya millisi İngiltərə seçməsini Niko Uilyams və Mikel Oyarzabalın vurduğu qollarla məğlub edərək tarixində 4-cü dəfə qitənin ən güclüsü adına yiyələnib.