İspaniya-İngiltərə:Start heyətlər

2024-cü il Avropa Çempionatının finalında İspaniya ilə İngiltərə millisi üz üzə gələcək.

Sportline.az xəbər verir ki, saat 23:00-da başlanacaq görüşə komandalar bu heyətlərlə çıxacaqlar.

İspnaiya Unai Simon, Karvaxal, Le Norman, Laport, Kukurelya, Rodriqo, Fabian Ruiz, Dani Olmo, Niko Uilyams, Lamin Yamal, Morata.

İngiltərə Pikford, Stons, Uolker, Quehi, Saka, Kobe Maino, Deklan Rays, Luk Şou, Bellingem, Foden, Keyn.

Qeyd edək ki, qarşılaşma Berlindəki "Olympiastadion"da keçiriləcək. Ədalət təmsilçisi fransalı Fransua Leteksie olacaq.