Harri Keyndən 100-cü qol
İngiltərə millisinin kapitanı Harri Keyn Bundesliqada "Verder" ilə oyunda dubl edərək "Bavariya" forması ilə 100-cü qoluna imza atdı.
Sportline.az xəbər verir ki, Allianz Arenada baş tutan qarşılaşmada Keyn əvvəlcə komanda yoldaşı Yonatan Tahın ilk hissədə vurduğu qoldan sonra penaltidən fərqlənərək hesabı 2:0-a yüksəltdi. Bu qolla o, Münhendə azarkeşlərin sevimlisinə çevrildiyini bir daha sübut etdi.