Harri Maquayr ayrılmaq niyyətində deyil
"Mançester Yunayted"in sabiq kapitanı Harri Maquayr klubdan ayrılmaq niyyətində deyil.
Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı stopper klubla yeni müqavilə imzalamaq istəyir.
Təcrübəli futbolçunun "Mançester Yunayted"lə hazır ki sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, H.Maquayr cari mövsüm çıxış etdiyi 7 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.