Harri Maquayr "Mançester Yunayted"lə masaya oturacaq
"Mançester Yunayted" stopperi Harri Maquayr klubla yeni müqavilə məsələsi haqqında danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisinin hazırki sözləşməsi yayda başa çatacaq.
Qeyd edək ki, İngiltərə millisinin sabiq oyunçusu cari mövsüm meydana çıxdığı 15 matçda 2 qol, 1 asistlə yadda qalıb.