Harri Vilson "Aston Villa"ya keçə bilər

"Fulhem"in futbolçusu Harri Vilson "Aston Villa"nın transfer siyahısında yer alır.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

28 yaşlı sağ cinah vingerinin dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, H.Vilson cari mövsüm meydana çıxdığı 32 matçda 10 qol, 7 asistlə yadda qalıb.