Hazard "Real"a keçəcək?

"Çelsi"nin belçikalı futbolçusu Eden Hazard karyerası ilə bağlı suallara aydınlıq gətirib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, son vaxtlar Madrid "Real"ının heyətinə qatmaq istədiyi ulduz İngiltərədə xoşbəxt olduğunu deyib:

"Burada xoşbəxtəm. "Real" kimi klubun məni transfer etmək istəməsi sevindiricidir. Ancaq müqaviləmin sonunadək "Çelsi"də oynamaq istəyirəm".

Qeyd edək ki, "kral klubu" Hazard üçün 100 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib.