"Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır" - Qurban Qurbanov

"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü barədə fikirlərini bölüşüb. SportLine.az xəbər verir ki, 45 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında növvbəti rəqibin kimliyi ilə maraqlanmadıqlarını bildirib. 

Q.Qurbanov deyib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. Hazırda iyulun 18-də Gürcüstanda “Samtredia” ilə keçirəcəyimiz II təsnifat mərhələsinin cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Qeyd edək ki, "Şerif" Moldovadakı ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab görüşü iyulun 19-da Albaniyada keçiriləcək. "Qarabağ" isə Bakıda "Samtredia"nı darmadağın edib - 5:0.