Həbib atasının planlarını həyata keçirir
UFC təşkilatının ulduzu Həbib Nurməhəmmədov yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Sportlinr.az xəbər verir ki, rusiyalı idmançı iyulun 3-də koronavirusdan vəfat edən 57 yaşlı atası Abdulmanap Nurməhəmmədovun planlarını reallaşdırmaq niyyətindədir. Döyüşçünün atası idman obyektləri inşa etdirmək arzusunda idi. Onun yarım qalan işlərini oğlu davam etdirəcək.
Abdulmanap Nurməhəmmədov sambo üzrə 18 dünya çempionu yetişdirməklə Ginnesin Rekordlar kitabına düşüb.
Qeyd edək ki, atası vəfat etdikdən sonra Həbib Amerika Birləşmiş Ştatları döyüşçüsü Castin Qeyci ilə döyüşdən imtina etməklə gündəmə gəlmişdi.