"Həmişə komandamın qələbə qazanması üçün vuruşmuşam" - Vild-Donald Gerye

“Qarabağ” ilk gündən mənə öz ailəm kimidi, sanki uzun müddətdi buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm”. SportLine.az xəbər verir ki, bunu Haiti yığmasının yarımmüdafiəçisi Vild-Donald Gerye deyib.

Bu gün Azərbaycan çempionu “Qarabağ”la 2 illik müqavilə bağlayan 28 yaşlı futbolçu keçidi ilə bağlı açıqlama verib. Yeni klubunun saytına danışan Gerye bildirib ki, ona göstərilən etimadı doğrultmağa çalışacaq: “Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır. Bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odu ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.

Banner