“Hər alqışa, hər dəstəyə görə təşəkkür edirəm”

"Real Madrid"in məşhur “La Fábrica” akademiyasının yetirməsi olan Lukas Vaskes vida mesajı ilə komandadan ayrıldığını açıqlayıb.

Sportline.az xəbər verir ki, azarkeşlərin zəhmətkeşliyi və sadiqliyinə görə sevdiyi çox yönlü cinah oyunçusu klubdakı uzun yolçuluğunu emosional sözlərlə xatırlayıb:

Bu, həyatımın ən vacib günlərindən biridir. Hər alqışa, hər dəstəyə görə təşəkkür edirəm. Məni öz evimdəki kimi hiss etdirdiniz. Bu, vida vaxtıdır, amma “Real Madrid”ə heç vaxt vidalaşmayacağam,” – deyə Vaskes bildirib.