Höylund üçün 5 İtaliya klubundan təklif var
"Mançester Yunayted"in danimarkalı forvardı Rasmus Höylund üçün 5 İtaliya klubundan təklif var.
Sportline.az "İ Paper" nəşrinə istinadən xəbər verir ki, "Milan", "Yuventus", "Napoli", "İnter" və "Roma" 22 yaşlı futbolçunu transfer etmək istəyir.
R.Höylunddun transfer qiyməti 45 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçu "Mançester Yunayted"ə 2023-cü ilin yayında "Atalanta"dan 77.8 milyon avro qarşılığında transfer olunmuşdu.