Hüqo Ekitikenin transfer qiyməti bəlli olub
"Ayntraxt" fransalı futbolçusu Hüqo Ekitikenin transfer qiymətini açıqlayıb.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Almaniya klubu Ekitike üçün 100 milyon avro tələb edir.
22 yaşlı futbolçu ilə "Tottenhem" yaxından maraqlanır. O cari mövsüm çıxış etdiyi 42 matçda 21 qol və 9 asistlə yadda qalıb.
Qeyd edək ki, Ekitikenin "Ayntraxt"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.